Magistral su kəmərində birləşdirmə işlər görüləcək
Bakucity.az xəbər verir ki, bu gün Yasamal rayonu Şəfayət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Şəfayət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərində birləşdirmə işlərindən sonra məhdudiyyət aradan qaldırılacaq.
Qeyd edək ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bakucity.az