Bakıda nəvəsi ilə dava edən nənə özünü yandırdı

Bakıda nəvəsi ilə dava edən nənə özünü yandırdı, Oral Aliyev

Onun dəri örtüyünün yarısı yanıb

Bakucity.az xəbər verir ki, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan 1945-ci il təvəllüdlü Məhərrəmova Elmira Məhərrəm qızı evində üstünə benzin tökərək özünü yandırıb. Nəticədə, qadın yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq mərkəzinə çatdırılıb.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər

İlkin məlumata görə, qadını özünü yandırma həddinə nəvəsi çatdırıb. Nənə və nəvə arasında münaqişənin səbəbi hələlik bilinmir. Ehtimal edilir ki, tərəflər arasında münaqişə məişət xarakterlidir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (intihar həddinə çatdırma) ilə cinayət işi açılıb. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər