Bakıda sabah hava necə olacaq? - PROQNOZ

Bakıda sabah hava necə olacaq? - PROQNOZ, Oral Aliyev

Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Bakucity.az xəbər verir ki, avqustun 16-da Bakıda və Abşeron yarımadasında avqustun 16-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz  30-35, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-75, gündüz 45-50 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər