Hadisə baş verən vaxt uşaqların anası işdə olub
Bakucity.az xəbər verir ki, Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər.
Uşaqların itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət olunub.
Uşaqlarla bağlı hansısa məlumatı olanlardan 055-904-99-99 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur. (APA)
Bakucity.az