Dəniz suyunun temperaturu 26 dərəcə isti təşkil edəcək
Avqustun 17-də, şənbə günü Bakıda havanın əsasən yağmursuz keçəcək, mülayim cənub–şərq küləyi əsəcək.
Bakucity.az xəbər verir ki, havanın temperaturu Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.
Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.
Bakucity.az