Bakıda oğurlanmış uşaqları Bərdəyə aparıblar

Bakıda oğurlanmış uşaqları Bərdəyə aparıblar

Müşahidə kamerası onları görüntüləyib

Bakucity.az xəbər verir ki, Bakı polisi Binəqədi rayonunda naməlum qadın tərəfindən oğurlanmış azyaşlı qardaş və bacının axtarışını davam etdirir. 

Uşaqlar və qadın sonuncu dəfə Beynəlxalq Avtovağzal Kompleksi ərazisində görünüb .

Qeyd edək ki, 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı və 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rəhim oğlu 3-cü mədən küçəsinin 76-cı korpusu ərazisində itiblər.

Məlum olub ki, uşaqları Bərdə rayonuna aparıblar. Cinayət-axtarış bölməsinin bir qrup əməliyyatçısı itmiş uşaqları axtarmaq üçün rayona gedib.

Uşaqların anası Çiçək Aslanova işlədiyi kafeyə gəlmiş Bərdədən olan uşaqlı qadını qonaq saxlamasından danışıb. Ç.Aslanova onları yedirdib və bir günlük öz evinə gətirib. Səhəri gün işə gedən Ç.Aslanova düşünüb ki, qonaqları tezliklə gedəcəklər. Lakin sonra aydın olub ki, naməlum qadın onun uşaqlarını oğurlayıb.

Oğru qadının şəxsiyyəti və oğurluğun hansı məqsədlə törədildiyi hələlik bilinmir. Bu istiqamətdə iş aparılır. (Oxu.az)

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər