Səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb

Səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb , Oral Aliyev

Polis faktla bağlı araşdırmaya başlayıb

Bakucity.az xəbər verir ki, metronun "Neftçilər" stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib.

Uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib.

Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı təsdiqləyib. Onun sözlərinə görə, polis hazırda həmin azyaşlının valideynlərini axtarır:

"9-11 yaşlarında olan qız polislərə yaxınlaşaraq evdən qaçdığını deyib. O, iddia edir ki, ailəsi rayondan Bakıya yeni köçüb. Qız Bakıda yaşamaq istəmədiyi üçün evdən qaçıb.

Hazırda polis əməkdaşları onun valideynləri ilə əlaqə yaratmağa çalışır".

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər