Bakıda körpənin ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda körpənin ölümü ilə bağlı cinayət işi açıldı, Oral Aliyev

Paytaxtda uşaq ölümü baş verib

Bakucity.az xəbər verir ju, Banqladeş vətəndaşı, 1996-cı il təvəllüdlü Khan Sazzadur Rashid Shakil və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Səriyyə Rzayeva iki aylıq körpələri Zara Sazzadur Shakil qızını qulaq ağrısı ilə Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasına aparıblar. 

Uşağa tibbi yardım göstərilsə də körpə bir neçə saat sonra dünyasını dəyişib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər