Polis əməkdaşı tüstüdən zəhərlənib
Bakucity.az xəbər verir ki, Binəqədi rayonu 9 mikrorayon ərazisindəki Mircəlal Paşayev küçəsində yerləşən “Favorit” marketdə yanğın baş verib.
Yanğını söndümrək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin 4 briqadası cəlb olunub.
Yanğın marketin anbarında baş verib. Anbardan malları çıxararkən mühafizə polisinin bir əməkdaşı - Elnur Niftəliyev tüstüdən zəhərlənib. O, dərhal 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, yanğının baş verməsinə səbəb anbarda elektrik naqillərində yaranmış qısaqapanma olub.
Yanğın FHN-in yanğından mühafizə bölməsi tərəfindən tam söndürülüb.
Faktla bağlı araşdırma aparılır. (APA)
Bakucity.az