Seminar bu sahədə karyera qurmaq istəyən xanımlar üçü nəzərdə tutulub
Bakucity.az xəbər verir ki, 28 Avqust tarixində Bakıda “Youth Inc.” Sahibkarlıq Proqramı və “Girls Code Azerbaijan” platformasının tərəfdaşlığı ilə “Virtualization for Beginners” adlı təlim keçiriləcək.
“TheOffice kovörkinq mərkəzində (birgə iş məkanı) Fərhad Kərimov tərəfindən keçiriləcək seminar virtuallaşdırma və bu sahədə karyera qurmaq istəyən xanımlar üçü nəzərdə tutulub.
Seminarda Virtuallaşdırma nədir; Virtual və fiziki mühit arasındakı fərqlər; Virtuallaşdırma istifadə etməyin üstünlükləri; Virtuallaşdırmanın tipləri hansılardır; Virtual maşın nədir; Virtual maşının komponentləri; Virtuallaşdırma tətbiq olunan sahələr; Virtuallaşdırmaya aid beynəlxalq sertifikatlar mövzuları və daha çox əhatə olunacaq. Həmçinin seminarda virtuallaşdırma tətbiq edən yerli və xarici şirkətlərin perspektivləri müzakirə olunacaq.
Qeydiyyat linki: http://bit.ly/2KrLTCf
Tarix və saat: 28.08.2019 | 19:00
Ünvan: “The Office”, Bəşir Səfəroğlu küç. 217 ("Nizami" kinoteatrının arxası)