Bakının bir neçə qəsəbəsinə təbii qazın verilməsi dayandırıldı

Bakının bir neçə qəsəbəsinə təbii qazın verilməsi dayandırıldı

Bu gün paytaxtın bir neçə yaşayış məntəqəsində təbii qaz kəsilib

Bakucity.az xəbər verir ki, saat 10:00-dan etibarən Binəqədi rayonu Xocasən qəsəbəsində yeni çəkilmiş qaz xəttinin və qollarının qoşulması icra olunacaq.

Bununla bağlı Binəqədi rayonu, Sulutəpə və Xocasən qəsəbələrində qaz təchizatı dayandırılıb. 

Bundan başqa, Sabunçu rayonunda aparılan abadlıq işləri ilə bağlı orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə zərurət yaranıb.

İşlər başa çatanadək Kürdəxanı kəndində də qaz təchizatı dayandırılacaq.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər