Bakıda məktəbli yarmarkaları açıldı

Bakıda məktəbli yarmarkaları açıldı, Oral Aliyev

Yeni tədris ili ərəfəsində Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Bakucity.az xəbər verir ki, yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti  tərəfindən təşkil edilib.

Yarmarka çadırları Bakı metropolitenin "Nərimanov", "Gənclik", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli", "Azadlıq prospekti", "Memar Əcəmi", "İnşaatçılar", "Elmlər Akademiyası", "Nizami" stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb.

Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur. 

Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir.  

Yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər