Paytaxtda bir qrup abonentin qaz təchizatı dayandırılıb
Bakucity.az xəbər verir ki, Avqustun 21-də səhər saat 10:00-dan Sabunçu rayonunun Pirşağı, Nardaran qəsəbələri, Bilgəh qəsəbəsinin bir hissəsində, 2-ci Sovxoz yaşayış massivində, Suraxanı rayonunun Hövsan qəsəbəsində də qaz təchizatında məhdudiyyətlər tətbiq ediləcək.
Bu müddət ərzində qaz xətlərində mənbəyə birləşdirmə, təmir-bərpa və quraşdırma işləri aparılacaq.
Qeyd edək ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bakucity.az