Bakı polisi hər yerdə 15 yaşlı bu qızı axtarır - FOTO

Bakı polisi hər yerdə 15 yaşlı bu qızı axtarır - FOTO

Paytaxtda 15 yaşlı qız itkin düşüb

Bakucity.az xəbər verir ki, ötən gün Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı ötən gecə saat 24 radələrində evdən çıxaraq bir daha geri dönməyib.

İtkin düşən qızın atası bildirib ki, qohumları Elnarəni ötən gecə naməlum qara maşının evin yaxınlığından götürərək apardığını deyiblər. 

"Qızım son 10 gün idi ki, tam başqa həyat tərzi sürürdü. O saatlarla hansısa bir şəxslə telefonla danışırdı. Ötən gecə isə xəlvəti şəkildə çıxaraq gedib. O evin yaxınlığında avtomobilə əyləşərkən qohumlarımdan birinə rast gəlib. Qohumum ona yaxınlaşsa da, Elnarə öz kimliyini gözlədib".

V.Əliyev qeyd edib ki, o baş vermiş hadisə ilə bağlı polisə müraciət edərək qızının telefonla kiminlə danışmasını da araşdırıb:

"Qızım itəndən sonra Sabunçi rayon 12-ci polis bölməsinə müraciət etdik. Elnarə mənim nömrəmdən əlavə, naməlum 3 nömrə ilə dəfələrlə əlaqə saxlayıb".

Elnarənin atası əlavə edib ki, onun ailəsi çox yüksək əxlaq və tərbiyəyə malikdir, belə bir hal ilk dəfədir ki baş verir.

Bakı polisi hər yerdə 15 yaşlı bu qızı axtarır - FOTO, fotoşəkil-1

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər