Bakı polisi ayaqları zəncirlənən azyaşlı ilə bağlı açıqlama yaydı

Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub

Bakucity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-da Bakı şəhər Baş Polis İdarəsinə daxil olub. Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib. 

Onun sözlərinə görə, Yevlax şəhərində anadan olan  2010-ci il təvəllüdlü Ömər Həsənlinin anası Şahanə İmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə - saat 8:00-dan axşam saat 00-00 radələrinə qədər nəzarətsiz qoyublar. Bu müddət ərazində azyaşlının heç hara getməməsi ayaqlarını zəncirlə bağlayıblar. Ş.İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu əsas gətirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib. 

Hacıyev əlavə edib ki, araşdırma zamanı Nəsimi RPİ İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub. 

Qeyd edək ki, anews.az-a evdə tək halda uşağın ayaqları zəncirli foto və videosu daxil olmuşdur. Və məlumatda bildirilmişdir ki, uşaq xalası tərəfindən zəncirlənib və xalası tərəfindən döyülüb. (Anews.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
"Havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə" Parkinq məsələsində də hər şeyə ədalətli yanaşmalıyıq. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib. Dövlətimizin başçısı qeyd edib: "Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları k...
Hakimiyyət
Bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib Yaxın üç ildə Bakıda bütün avtobuslar yenilənəcək. BakuCity.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. O bildirib ki, keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb: "Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyy...
Hadisələr
Hətta piyadaların sürücüləri çaşdırması nəticəsində yol-nəqliyyat hadisələri baş verir Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin təhlilini davam etdirir. BakuCity.az xəbər verir ki, bu dəfə piyadaların avtomobillərlə daha çox vurulduğu Heydər Əlieyev prospekti, 118 b və 132 ünvanlarında müşahidə aparılıb. Söhbət hazırda yeni tikilən piyada keçidinin yaxınlığından gedir. Yeri gəlmi...
Siyasət
"Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır" Kimsə işçiləri 8 saatdan artıq işlədirsə, cəzasını alacaq. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir: "Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir...
Cəmiyyət
Hövsan Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Hövsan Yaşayış Kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Mənzil İnşaatı Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Yasamal Yaşayış Kompleksində olduğu kimi, Hövsan Yaşayış Kompleksinin mənzilləri də ənənəvi olaraq 2 cür təmir edilib. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyf...
Cəmiyyət
İşlər yaxın günlərdə yekunlaşacaq Azərbaycandakı mayaklardan ən hündürü Gürgən qəsəbəsi ərazisində yerləşən Abşeron mayakıdır. 1859-cu ildə Pirallahı adası ilə üzbəüz yüksəklikdə, sərt qayalar üzərində tikilən dəniz mayakı hazırda təmir olunur. BakuCity.az Azvision.az-a istinadən məlumat verir ki, təmir işləri mayakın daxilində və fasadında aparılır. Yaxın günlər ərzində işlərin yekunlaşacağı bildirilir. Qeyd edək ki, 25 metr hündürlüyündə orijinal konstru...
Cəmiyyət
Onlarla sahibkara ziyan dəyib Bu gün Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğında onlarla sahibkara ziyan dəyib. BakuCity.az “Report”a istinadən yanğın ərazisindən videomaterialı təqdim edir. Həmçinin oxu: “Sədərək”də yanğın vaxtı bunu da etdilər - İDDİA Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə X...
Hadisələr
Bitişik ev yanğından mühafizə olunub Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 6 m² sahədə yanıb. Həmçinin oxu: Bakıda 17 mərtəbəli binada güclü yanğın - VİDEO Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikili və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən...
Cəmiyyət
Azərbaycan qızılından hazırlanan məhsullar bir ildir satışa çıxarılıb Fevralın 18-də “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilib. BakuCity.az xəbər verir ki, görüşdə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi (DGK), “AzerGold” QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türkiyə və Özbəkistanın qiymətli metallar üzrə ixtisaslaşmış strukturlarının nümayəndələri və...