Paytaxtda dəhşətli qəzanın qarşısı son anda alınıb
Bakucity.az xəbər verir ki, "10 TH 407" dövlət nömrə nişanlı marşurut avtobusu piyada keçidinin üstündə saxlayıb. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onu ötmək istəyib. Piyada keçidindən bir neçə metr irəlidə, avtobusun qabağından uşaq yola qaçıb. Qadın isə onun ardınca gedib. O, son anda yük maşının altına düşməkdən xilas olub. "Kamaz"ın sürücüsü manevr edib, eyni zamanda qadın uşağın əlindən tutaraq geri çəkilib.
Hadisənin görüntülərini təqdim edirik: (Avtosfer.az)