Bakıda homoseksuallar xarici vətəndaşı döydü

Gürcüstan vətəndaşı paytaxtda qarətçilərin hücumuna məruz qalıb

Bakucity.az xəbər verir ki, 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Ömərov Mahmud Abbas oğlu avqustun 21-də Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinə müraciət edərək bildirib ki, avqustun 15-i saat 01:30-da Bakıxanov qəsəbəsi ərazisində evə qayıdarkən iki kişinin hücumuna məruz qalıb.

Naməlum şəxslər əvvəlcə M.Ömərovdan siqaret istəyiblər. Lakin Gürcüstan vətəndaşında siqaret olmadığına görə kişilərin xahişini yerinə yetirməyib.

Naməlum şəxslər imtinanı kobudluq kimi qəbul edib və Gürcüstan vətəndaşına hücum edərək onu döyüblər. Quldurlar sonra ondan 70 manat, mobil telefon götürərək cinayət yerindən qaçıblar. 13-cü şöbənin əməkdaşları aparılmış operativ-axtarış təbdirləri nəticəsində şübhəliləri saxlayıblar.

Saxlanılanlar qeyri-ənənəvi seksual oriyentasiyaya sahib 33 yaşlı Y.H. və 39 yaşlı Y.N. olub. Sonuncu daha əvvəl Cinayət Məcəlləsinin 243-cü maddəsi (Gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) üzrə mühakimə olunub.

Qeyd edək ki, Y.N. keçmişdə fahişəlik hesabına gəlir əldə etməklə məşğul olub. Polisdən qeyd ediblər ki, saxlanılanlar bu ərazidə çoxdan pis şöhrət qazanıblar, Daxili İşlər Nazirliyinin rayon bölməsində artıq onların əsassız şikayətlərinə baxmaqdan yorulublar.

Sözügedən şəxslər fahişəliklə məşğul olmaqda və başqasına böhtan atmaqda qeydə alınıblar. Hücum faktı ilə bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) üzrə cinayət işi qaldırılıb. Təhqiqat davam edir. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib Yaxın üç ildə Bakıda bütün avtobuslar yenilənəcək. BakuCity.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. O bildirib ki, keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb: "Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyy...
Hadisələr
Hətta piyadaların sürücüləri çaşdırması nəticəsində yol-nəqliyyat hadisələri baş verir Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin təhlilini davam etdirir. BakuCity.az xəbər verir ki, bu dəfə piyadaların avtomobillərlə daha çox vurulduğu Heydər Əlieyev prospekti, 118 b və 132 ünvanlarında müşahidə aparılıb. Söhbət hazırda yeni tikilən piyada keçidinin yaxınlığından gedir. Yeri gəlmi...
Siyasət
"Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır" Kimsə işçiləri 8 saatdan artıq işlədirsə, cəzasını alacaq. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir: "Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir...
Cəmiyyət
Hövsan Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Hövsan Yaşayış Kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Mənzil İnşaatı Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Yasamal Yaşayış Kompleksində olduğu kimi, Hövsan Yaşayış Kompleksinin mənzilləri də ənənəvi olaraq 2 cür təmir edilib. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyf...
Cəmiyyət
İşlər yaxın günlərdə yekunlaşacaq Azərbaycandakı mayaklardan ən hündürü Gürgən qəsəbəsi ərazisində yerləşən Abşeron mayakıdır. 1859-cu ildə Pirallahı adası ilə üzbəüz yüksəklikdə, sərt qayalar üzərində tikilən dəniz mayakı hazırda təmir olunur. BakuCity.az Azvision.az-a istinadən məlumat verir ki, təmir işləri mayakın daxilində və fasadında aparılır. Yaxın günlər ərzində işlərin yekunlaşacağı bildirilir. Qeyd edək ki, 25 metr hündürlüyündə orijinal konstru...
Cəmiyyət
Onlarla sahibkara ziyan dəyib Bu gün Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğında onlarla sahibkara ziyan dəyib. BakuCity.az “Report”a istinadən yanğın ərazisindən videomaterialı təqdim edir. Həmçinin oxu: “Sədərək”də yanğın vaxtı bunu da etdilər - İDDİA Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə X...
Hadisələr
Bitişik ev yanğından mühafizə olunub Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 6 m² sahədə yanıb. Həmçinin oxu: Bakıda 17 mərtəbəli binada güclü yanğın - VİDEO Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikili və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən...
Cəmiyyət
Azərbaycan qızılından hazırlanan məhsullar bir ildir satışa çıxarılıb Fevralın 18-də “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilib. BakuCity.az xəbər verir ki, görüşdə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi (DGK), “AzerGold” QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türkiyə və Özbəkistanın qiymətli metallar üzrə ixtisaslaşmış strukturlarının nümayəndələri və...
Hadisələr
Yanğın söndürülüb Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda ev əşyaları yanıb. Həmçinin oxu: Bakıda 17 mərtəbəli binada güclü yanğın - VİDEO Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən...