Bakıda üç uşaq anasının öldüyü qəza anı - VİDEO

Bakıda üç uşaq anasının öldüyü qəza anı - VİDEO

Hadisə şəhərin mərkəzində qeydə alınıb

Bakucity.az xəbər verir ki, bu gün günorta saatlarında paytaxtda Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, Muzey Mərkəzi binasının arxasında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəzada "Hyundai Tucson” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomabil ağaca çırpılıb, 40 yaşlı Könül Abbaslı hadisə yerində dünyasını dəyişib.

Hadisə baş verən zaman sükan arxasında K.Abbaslının dayısının həyat yoldaşının olduğu bildirilir. Avtomabildə olan digər 3 nəfər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Ölən qadın üç uşaq anasıdır. (Avtosfer.az)

Bakucity.az

Ölüm hadisəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər