Müəlliflər gənc aktyorlar Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir
Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 29-da “Dejavü” adlı tamaşasını teatrsevərlər üçün təqdim edəcək.
Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir.
Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir.
Bakucity.az