Binəqədi rayonunda kobud qayda pozan avtobus sürücüləri kameraya düşüb.
Bakucity.azxəbər verir ki, 99-NU-969 dövlət nömrə nişanlı və 90-OH-867 dövlət nömrə nişanlı avtobusların sürücüləri əks istiqamətə çıxaraq hərəkət ediblər.
Bununla da İnzibati Xətalar Məcəlləsinin 327.4 cü maddəsinin tələblərini pozublar. Bu maddəyə görə, sürücü 100 manat və 4 bal cərimə olunmalıdır.
Amma cərimədən başqa sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüləri ilə bağlı müvafiq dövlət qurumunun zəruri tədbirlər görməsi daha vacibdir. (Report)