Suraxanı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Heydər Əliyev prospektində, Hava Limanı istiqamətində Nəbiyev İlkin Yaqub oğku idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkərdə olarkən anidən idarəetməni itirib.
Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, idarəetmədən çıxaq nəqliyyat vasitəsi yol kənarında dayanmış vəziyyətdə olan və Elçin İsmayılova məxsus "Range Rover" markalı minik avtomobilinə çırpılıb.
Qəza zamanı "Mercedes"də olan sərnişin, 1956-cı il təvəllüdlü Mustafayeva Gülsəfa Qarakişi qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Əraziyə Suraxanı Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)