Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO

Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, Zuleyha

Bağçalar Sabunçu və Binəqədi rayonlarında açıldı

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarında, həmçinin valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Heydər Əliyev Fondunun "Dalğa Beach" istirahət mərkəzində təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva əvvəlcə paytaxtın Sabunçu rayonunda 260 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.

Bu körpələr evi-uşaq bağçası 1937-ci ildən fəaliyyət göstərir. Bağçanın köhnə binası ötən ilin noyabrında sökülüb, yerində Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub. Yeni bina 140 yerlik olmaqla, 7 qrupdan, musiqi-idman zalından, mətbəx, tibb otağı, camaşırxana və digər köməkçi otaqlardan ibarətdir. 

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Binəqədi rayonundakı 141 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.

Körpələr evi-uşaq bağçası üçün bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Bina bağça kimi 1980-ci ildə ilk dəfə fəaliyyətə başlayıb və indiyədək təmir edilməmişdi. Beş min kvadratmetrdən çox ərazisi olan 3 korpusdan ibarət körpələr evi-uşaq bağçası təmirdən əvvəl 8 qrupda 150 uşağa xidmət göstərirdi. Yeni binada isə 210 yerlik körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Burada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları və digər otaqlar var. 

Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-1 Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-2 Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-3 Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-4 Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-5 Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-6 Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-7 Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-8 Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-9 Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-10 Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-11 Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib - FOTO, fotoşəkil-12

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər