Paytaxt məktəblərində vakant yerlərə işə qəbul başlayıb

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən xəbərə görə, 27-29 avqust tarixlərində laborant, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, avqustun 30-da kitabaxanaçı, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq, 2-6 sentyabr tarixlərində isə təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrində çalışmaq istəyən namizədlər üçün müsahibə keçiriləcək. Ümumilikdə müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatı rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir. Müsahibəyə dəvət edilmiş şəxslərdən müsahibəyə gələrkən şəxsiyyəti təsdiq edən sənədin və təhsil sənədinin (ali və ya orta istisas təhsili haqqında diplom(lar) və ya attestat, o cümlədən çağırışaqədərki hazırlıq üzrə rəhbər vəzifəsi üzrə müsabiqədə iştirak edənlər hərbi bilet) əslini, əmək fəaliyyətini təsdiq edən sənədin əslini və ya surətini özləri ilə götürmələri xahiş olunur. Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.

Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. (APA)

Bakucity.az

Məktəblər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Qaliblər diplomlarla təltif olunublar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında tarix fənni üzrə bilik yarışı keçirilib. İdarədən BakuCity.az-a verilən məlumata görə, “Tariximizə nəzər salaq” adlı bilik yarışı “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən təşkil olunub. 2 mərhələdən ibarət yarışda 59, 76, 270, 280 və 317 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər.  Ya...
Cəmiyyət
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirlər Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr ediləcək. Bununla bağlı “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilib. İdarədən BakuCity.az-a verilən məlumata görə, Tədbirlər Planının təsdiq edilm...
Cəmiyyət
Alındıqdan sonra mütləq tam qaynadılmalıdır Əsasən səhər saatlarında küçələri, məhəllələri gəzib süd və süd məhsulları satan insanlar, yəqin ki, hər birimizin qarşısına çıxıb. Səyyar satıcılar məhsullarını bazar qiymətindən daha ucuz təklif etdiyindən alıcı qıtlığı da yaşamırlar. Maraqlı olan məsələnin bu tərəfi deyil. Maraqlısı odur ki, bu kimi məhsuların bir sıra - bruselyoz, vərəm, eləcə də bir sıra törədicilərin insan orqanizminə daxil olaraq patoloji...
Hadisələr
Araşdırma aparılır Azərbaycanda kollec rəhbərliyi tutulub. BakuCity.az “Report”a istinadən məlumat verir ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov və onun müavini İlqar Dursunov iş otaqlarında rüşvət alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Həmçinin oxu: Vəzifəli şəxslər tutuldu - Neftçaladakı əməliyyatla bağlı RƏSMİ MƏLUMAT Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Yeni çoxmərtəbəli yaşayış binaları inşa olunur Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli qərarı ilə “Pilot layihə” çərçivəsində Rayon İcra Hakimiyyətinə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər 2019-cu ildə də davam etdirilib. BakuCity.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Sabunçu rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında...
Siyasət
"Tarix belə qərar verib və bundan heç yerə qaçmaq mümkün deyil" Keçmiş Sovet İttifaqının bütün respublikalarında maraqla izlənilən “Vremya” (“Zaman”) xəbərlər proqramında 1991-ci il martın 14-də SSRİ Prezidenti Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı müraciəti oxunub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Vajnıy potok" ("Vacib axın") "Youtube" kanalında video yerləşdirilib. Proqramda ilk olaraq sözü verilişin aparıcılarından biri İqor...
Cəmiyyət
"Deyirəm ki, bala, adam iti öldürməz" İsmayıllıda qadının həyat yoldaşının dostu ilə qaçmasının təfərrüatı məlum olub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, 50 yaşlı Məlahət Hacıyeva adlı qadın ərinin dostu ilə Türkiyəyə yox, elə yaşadığı Talıstan kəndinə qaçıb. M.Hacıyevanın həyat yoldaşı Sərvan Hacıyev Oxu.Az-a bildirib ki, altı ildir Raqub Əhmədovla ailəvi dost olub. Bir müddət əvvəl onun həyat yoldaşı ilə münasibətindən şübhələnib, amma fakt o...
Cəmiyyət
Xəbərdarlığa əməl olunmasa, İqtisadiyyat Nazirliyinə müraciət olunacaq Bakının Xəzər rayonunun Zirə qəsəbəsindəki quşçuluq fermasının fəaliyyəti nəticəsində ətrafa iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb. BakuCity.az-ın məlumatına görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, idarənin əməkdaşları tərəfindən Zirədə yerləşən quşçul...
Hakimiyyət
Geniş məlumat veriləcək Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçaladakı əməliyyatla bağlı məlumat yayıb. DTX-nin İctimai əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlan...