Bu gün Bakının mərkəzi hissəsində qaz olmayacaq

Bu gün Bakının mərkəzi hissəsində qaz olmayacaq

Təmir işləri yekunlaşıqdan sonra təbii qazın verilişi bərpa ediləcək

Bakucity.az xəbər verir ki, bu gün saat 08:00-dan Bakının Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.

Bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi və Heydər Əliyev prospektlərində, Nəsimi, Yasamal və  Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Həmçinin qeyd edilib ki, saat 09:30-dan Quba şəhəri və bir neçə kənddə yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş sızmaların ləğvi, abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi və s. ilə bağlı qazın verilişində məhdudiyyətlər olacaq.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər