Bakıda taksi sürücüsünü hədələyərək pulunu alıblar

Bakıda taksi sürücüsünü hədələyərək pulunu alıblar

Hadisə aqustun 27-də qeydə alınıb

Bakucity.az xəbər verir ki, hadisə ilə bağlı Bakı şəhər sakini T. Qəhrəmanov Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edib.

Onun sözlərinə görə, avqustun 27-si, saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov müəyyən edilərək saxlanılıblar. (Trend.az)

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Bakucity.az

soyğunçuluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər