"Keşlə" Nigeriya və Anqoladan olan hücumçuları sınaqdan keçirəcək

"Keşlə" Nigeriya və Anqoladan olan hücumçuları sınaqdan keçirəcək

Onlardan biri P. Fraydey Ezedir

Bakucity.az xəbər verir ki, Premyer Liqada çıxış edən “Keşlə” komandasının baş məşqçisi Tərlan Əhmədov bu gün Küveytin “Əl-Fehahil” komandası ilə yoxlama matçında baxışda olan iki legioner futbolçunu sınaqdan keçirəcək.

Onlardan biri Patrik Fraydey Ezedir. 26 yaşlı nigeriyalı forvardın son iş yeri Polşanın “Rakuv” klubu olub. Digər oyunçu isə Aleşandre Kriştovandır. 26 yaşlı anqolalı hücumçu son olaraq Rumıniya “Dinamo” (Buxarest) komandasında çıxış edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionun köməkçi meydançasında keçiriləcək matç saat 17:00-da başlayacaq. (Report)

Bakucity.az

"Keşlə"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər