Polis Bakıda narkotacirlərə qarşı xüsusi əməliyyat keçirib

Polis Bakıda narkotacirlərə qarşı xüsusi əməliyyat keçirib

Paytaxtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər tutulub

Bakucity.az xəbər verir ki, Daxili İşlər Naziriyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Yasamal rayon sakini Azər Misdimov və əvvəllər məhkum olunmuş Xızı rayon sakini Yavər Qasımov, həmçinin Binəqədi rayon sakinləri Alxan Quliyev və Əlibaba Baxışov saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə yüksək təsredici xassəyə malik narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Polis Bakıda narkotacirlərə qarşı xüsusi əməliyyat keçirib, fotoşəkil-1 Polis Bakıda narkotacirlərə qarşı xüsusi əməliyyat keçirib, fotoşəkil-2 Polis Bakıda narkotacirlərə qarşı xüsusi əməliyyat keçirib, fotoşəkil-3 Polis Bakıda narkotacirlərə qarşı xüsusi əməliyyat keçirib, fotoşəkil-4

Bakucity.az

Narkotik vasitələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər