Sabah Bakıda yağış yağacaq? - HAVA PROQNOZU

Sabah Bakıda yağış yağacaq? - HAVA PROQNOZU

Bakucity.az  paytaxtda 29 avqustda gözlənilən hava şəraitini təqdim edir:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Amma səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı da ehtimal olunur. Gündüz mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda gecə 20-22, gündüz 29-31, Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Abşeron çimərliklərində gündüz mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Bakucity.az

hava haqqında
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər