Bakılı aktyor 79 yaşında növbəti dəfə ata oldu - FOTO

Bakılı aktyor 79 yaşında növbəti dəfə ata oldu - FOTO

Rusiyanın Xalq artisti, 79 yaşlı aktyor Emmanuil Vitorqan növbəti dəfə ata olub

Bakucity.az xəbər verir ki, bu barədə o, şəxsi "Instagram" hesabında məlumat yayıb.

"Bizdə artım var. Dünyaya daha bir qız - Klaroçka gəldi", yazaraq artist sevincli xəbəri izləyiciləri ilə bölüşüb.

Aktyorun İnstaqramda bölüşdüyü fotoda o, həyat yoldaşı, qızı Etel və yenicə doğulmuş körpəsi yer alıb.

"StarHit" dərgisi isə körpənin daşıyıcı ana (surroqat ana) tərəfindən dünyaya gətirildiyini yazıb. 

Qeyd edək ki, 1939-cu il dekabrın 27-də Bakıda yəhudi ailəsində anadan olan aktyor Emmanuil Vitorqan 100-dən çox filmdə oynayıb.

Bakılı aktyor 79 yaşında növbəti dəfə ata oldu - FOTO, fotoşəkil-1

Bakucity.az

bakılı aktyor
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər