“Bakıda tarix yazmaq üçün əla imkanımız var” - “Linfild”in kapitanı

“Bakıda tarix yazmaq üçün əla imkanımız var” - “Linfild”in kapitanı

“Növbəti mərhələyə yüksəlmək imkanlarımız qalıb. Mübarizə aparmaq üçün əsasımız var”

Bakucity.az xəbər verir ki, bunu Şimali İrlandiyanın “Linfild” klubunun futbolçusu Ceymi Malqryu deyib.

Komandasının kapitanı olan təcrübəli müdafiəçi Avropa Liqasının "pley-off" mərhələsinin “Qarabağ”la avqustun 29-da keçiriləcək cavab matçı öncəsi müsahibə verib. C.Malqryu “Qarabağ”ı daha şanslı saydığını bildirib:

“Şanslar heç də xeyrimizə deyil. İlk görüşdə “Qarabağ”a qalib gəldik. Bu səviyyədə rəqib üzərində qələbənin özü də böyük nailiyyətdir. Heç kim “Linfild”in bu qədər irəliləyəcəyini gözləmirdi. Amma Çempionlar Liqasında uduzanların Avropa Liqasına düşməsi bizim kimi komandalar üçün imkan yaradır. Bakıda tarix yazmaq, arzularımızı gerçəkləşdirmək üçün əla imkanımız var. Cavab görüşündə ilk matçdakı kimi oynayıb-oynamayacağımızı bilmək olmaz”.

Xatırladaq ki, "Linfild" ilk matçda 3:2 hesabı ilə qalib gəlib. Cavab oyunu Bakıda, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. (Offsideplus.az)

Bakucity.az

“Linfild”in kapitanı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər