Bakıda çay evlərindəki biabırçılığın qarşısı alındı

Bakıda çay evlərindəki biabırçılığın qarşısı alındı

Tədbirlər paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilib

Bakucity.az xəbər verir ki, paytaxt polisi sakinləri narahat edən problemlərin həlli üzrə tədbirləri davam etdirir.

Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 23 ünvanında yaşayan sakinlərin müraciəti əsasında ərazidə müşahidə olunan sosial-neqativ hallar avqustun 27-də tam aradan qaldırılıb. 

Xidmət rəisi qeyd edib ki, Bakı şəhər BPİ İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə profilaktik tədbirlərlə sakinləri narahat edən çay evlərinin fəaliyyəti, piyada səkilərinin zəbt olunması, küçə ticarəti və antisanitariya ilə bağlı təsirli tədbirlər görülüb:

"İctimai qaydanı pozan şəxslərlə profilaktik-maarifləndirici söhbətlər aparılıb, əməlin hüquqazidd olması vurğulanıb".

E.Hacıyev əlavə edib ki, yaşayış binasının qarşısında yaranan vəziyyət - çayxanalarda insanların sərxoş vəziyyətdə səs-küylü söhbətləri, yüksək musiqi sədaları altında əylənmələri, sakinlərin rahatlığının pozulması ilə bağlı Baş İdarəyə daxil olan müraciətlər əsasında ərazidə ictimai qaydanın qorunması və asayişin davamlı olması üçün müvafiq naryadlar ayrılaraq təlimatlandırılıb.

Bakucity.az

çay evləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər