Pianoçunun konserti sentyabrın əvvəllərində reallaşacaq
Bakucity.az xəbər verir ki, ilk dəfə ötən ilin noyabr ayında Bakıda konserti keçirilən Meksikalı pianoçu Xesus Lepe Rikonun növbəti konserti sentyabrın 2-də saat 19:00-da Bakı Muğam Mərkəzində keçiriləcək.
O, Bax, Bethoven, Şopen kimi Avropa klassiklərinin, habelə Meksikanın Kastro, Belisario kimi görkəmli bəstəkarlarının əsərlərini ifa edəcək. Hər üç konsertə giriş sərbəstdir.
Xatırladaq ki, Xesus Lepe Riko 1975-ci ildə Tamaulipas ştatının Tampiko şəhərində doğulub, musiqi təhsilini Tamaulipas Muxtar Universitetində və Verakruz Universitetində alıb. Ölkəsinin müxtəlif səhnələrində solo konsertlər verib. Beynəlxalq Papantla Fortepiano Festivalının təsisçisi və baş direktorudur. (Meksika səfirliyi)