Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO

Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO

Mərasimdə dövlət qurumları ilə bərabər 30-dan çox ölkə nümayəndəsi iştirak edib

Bakucity.az xəbər verir ki, 21-25 avqust 2019-cu il tarixlərində ölkəmizdə Beynəlxalq Qan Donorları Cəmiyyətlərinin Federasiyası və Beynəlxalq Gənclər Komitəsinin layihəsi olan XIX Beynəlxalq Gənclər Forumu keçirilib.

“Qan Donorları Assosiasiyası”nın mətbuat xidmətindən verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən olan gənc qan ianəçiləri və bu istiqamətdə fəaliyyət göstərən cəmiyyət nümayəndələri hər il bir araya gələrək qan donorluğu sahəsində olan yenilikləri, eyni zamanda problemləri müzakirə edir.

Avqustun ayının 22-də Bakı Konqres Mərkəzində keçirilən Forumun rəsmi hissəsinin açılışı olub.

Mərasimdə dövlət qurumları ilə bərabər 30-dan çox ölkədən (Danimarka, İtaliya, Danimarka, Portuqaliya, Litva, Latviya, Hollandiya, Norveç, Almaniya, Livan, Hindistan, Gürcüstan və s.) nümayəndələr, o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının (FİODS) və Beynəlxalq Gənclər Komitəsinin (İYC) rəhbər şəxsləri iştirak edib.

Forumun 3-cü günü iştirakçılar yerli və xarici ekspertlər ilə bərabər Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının fəaliyyəti ilə yaxından tanış olublar.

Daha sonrakı günlərdə tədbir iştirakçıları  Azərbaycanın iki rayonuna səfər ediblər. 

Forumun son günündə XIX Beynəlxalq Gənclər Forumunun növbəti 3 ilik idarə heyətinin seçgisi keçirilib. Bu seçgidə “Qan Donorları Assosiasiyası”nın xarici əlaqələr üzrə rəhbəri Nərmin Rəhimova növbəti 3 il üçün Beynəlxalq Gənclər Komitəsinin prezidenti seçilib.

Qeyd edək ki, Beynəlxalq Qan Donorları Təşkilatları Federasiyasının (IFBDO) gənclər qolu kimi 2000-ci ildə yaradılan Beynəlxalq Gənclər Komitəsi dünya üzrə gənclər arasında qan donorluğunun təbliği və təşviqi ilə məşğul olur. IFBDO 1955-ci ildə Lüksemburqda təsis olunub və hal-hazırda dünya üzrə 90 üzv təşkilatı mövcuddur.

Forum öz işini uğurla yekunlaşdırıb və növbəti il üçün XX Beynəlxalq Gənclər Forumununun Neapalda keçirilməsi qərara alınıb. 

Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-1 Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-2 Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-3 Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-4 Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-5 Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-6 Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-7 Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-8 Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-9 Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-10 Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-11 Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumu başa çatdı - FOTO, fotoşəkil-12

Bakucity.az

Gənclər Forumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər