İtkin düşən üç uşaq anası Bakıda tapıldı

İtkin düşən üç uşaq anası Bakıda tapıldı

Üç uşaq anası qadın 1 ay əvvəl itkin düşüb

Bakucity.az xəbər verir ki, iyulun 28-də dörd yaşlı övladını da özü ilə götürərək İsmayıllıda yaşadığı evi tərk edən 1989-cu il təvəllüdlü Pərvanə Bədəlova tapılıb.

Polis əməkdaşları ötən gün qadını və uşağını Bakıda tapıblar. Artıq onlar ailəsinə təhvil verilib. 

Qeyd edək ki, üç uşaq anası olan gənc qadın bir müddət əvvəl itkin düşmüş kimi qeydiyyata alınıb və İsmayıllı rayon Polis Şöbəsi tərəfindən barəsində axtarış verilib.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

İtkin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər