Bakıda yol polisindən qaçan avtoxuliqan belə saxlanıldı - VİDEO

Bakıda yol polisindən qaçan avtoxuliqan belə saxlanıldı - VİDEO, Oral Aliyev

Onu 1 ay həbs cəzası gözləyir

Bakucity.az xəbər verir ki, Yasamal rayonu ərazisində yol polisinin qanuni “saxla” əmrinə tabe olmayara, avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Salamzadə küçəsində hərəkətdə olan sürücü yüksək sürətlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Yol polisi sürücünü süni tixac yaratmaqla saxlaya bilib.

Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Məmməd Əliyev bildirib: “Salamzadə küçəsində hərəkətdə olan 90-DZ-983 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtomaşının sürücüsü Bəşirov Əliş Vasim oğlu yol patrul xidməti inspektorlarının qanunu tələbinə tabe olmayaraq yüksək sürətlə hərəkətinə davam edib, yol-hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətlərinə yol verib.

Qeyd edək ki, sürücü barəsində protokol tərtib olunub. O, bir il sürücülük hüququndan məhrum edilməklə 500 manatdan 750 manata qədər cərimə edilə bilər. Eyni zamanda, məhkəmənin qərarından asılı olaraq 15 gündən 1 ayadək inzibati həbs də tətbiq oluna bilər. (Azərtac)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər