Bakıda bu prospekt bağlandı - SÜRÜCÜLƏR, DİQQƏT!

Bakıda bu prospekt bağlandı - SÜRÜCÜLƏR, DİQQƏT!

Babək prospekti müvəqqəti bağlanıb

Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, Babək prospektindən şəhər istiqamətinə gələndə yolun sağ tərəfində 100 metrlik məsafədə qabarmalar olduğundan həmin hissənin bərpasına başlanılıb. Buna görə də yol müvəqqəti olaraq bağlanılıb. Hazırda sürücülər kənar yola yönləndirilir.

A. Nəcəfli Babək prospektində işlərin axşam saatlarına qədər yekunlaşacağını və yolun açılacağını bildirib. (APA)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər