Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib
Bakucity.az xəbər verir ki, bu gün saat 08:00-dan Bakının Binəqədi rayonu, 6, 7, 8, 9-cu mikrorayonlarda, Rəsulzadə, Xutor və Biləcəri qəsəbəsinin bir hissəsində, Motodrom ərazisində qaz təchizatı dayandırılıb.
Bildirilib ki, bu müddət ərzində yeni çəkilmiş orta təzyiqli yeraltı qaz xəttinin mənbəyə birləşdirilməsi işləri aparılacaq.
Bakucity.az