Bu il Bakıya oxumağa gələn tələbələr harada qalacaq? - ARAŞDIRMA

Bakıda özəl tələbə yataqxanası biznesi yoxdur

Tədris ilinin başlanmasına qalan vaxt qısalır. Bölgələrdən paytaxt universitetlərində təhsil almağa gələn gəncləri və onların valideynlərini isə həmişə ən çox düşündürən məsələ tələbənin təhsil alacağı müddətdə harada yaşayacağıdır. Çünki paytaxtda mövcud olan kirayə mənzil qiymətləri hər tələbənin büdcəsinə uyğun gəlmir.

Bakucity.az bu dəfəki materialında paytaxtda yerləşən universitetlərin tələbə yataqxanaları və onların hazırki vəziyyətilə bağlı araşdırma aparıb.

Bakıda tələbə yataqxanası olan ali təhsil ocağı azdır

Təhsil Nazirliyindən saytımıza verilən məlumata görə, hazırda nazirliyin nəzdində olan ali təhsil müəssisələrinin tabeçiliyində ümumilikdə 48 yataqxana binasından cəmi 9 universitet: Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dillər Universiteti (ADU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Slavyan Universiteti (BSU), Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) tələbələrinin az qismini yataqxana ilə təmin edə bilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) isə növbəti tədris ilindən 800 yerlik yeni yataqxana kompleksi tələbələrin istifadəsinə veriləcək.  Yataqxana Heydər Əliyev Fondu tərəfindən universitetin Nəsimi rayonu ərazisində yerləşən köhnə və sökülmüş yataqxanalarının yerində tikilib.  

Qalan 38 binada məcburi köçkünlər yaşadığı üçün yataqxana kimi istifadəsi mümkünsüzdür. Özəl universitetlərin isə ümumiyyətlə yataqxana binaları yoxdur.  

Nazirlikdən onu da qeyd ediblər ki, Asiya İnkişaf Bankının dəstəyi ilə İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Dövlət-Özəl Sektor Tərəfdaşlığı vasitəsi ilə Bakı Dövlət Universiteti və ADNSU üçün tələbə yataqxanalarının tikintisi üzrə texniki yardım layihəsi davam edir. 

Universitet yataqxanalarının vəziyyəti

Bakıda tələbə yataqxanaları ilə yaxından maraqlandıq. Əlaqə saxladığımız universitetlərin əksəriyyəti sorğumuzdan, bir neçəsi isə bəzi suallarımızdan yayınsa da, paytaxtda yerləşən üç ali təhsil ocağında olan son vəziyyətlə bağlı məlumat ala bildik. 

Bakı Dövlət Universiteti: Paytaxtda fəaliyyət göstərən ən qədəim təhsil ocağının yerli və xarici tələbə yataqxanaları hələ sovetlər dönəmində məşhur olub. Uiversitetdən aldığımız məlumata görə, yataqxana tezliklə başqa bir binaya köçürüləcək. 

Qeyd edək ki, uzun müddətdən bəri sökülmüş vəziyyətdə olan yataqxana binasında az sayda tələbə qala bilir.  

Bakı Slavyan Universiteti: Universitetdən bildirdilər ki, burada vəziyyət nisbətən yaxşıdır. Universitetə məxsus beşmərtəbəli yataqxana binasının ikinci və dördüncü mərtəbələri təhsil ocağında dərs deyən bəzi müəllimlər, yerli və xarici tələbələr üçün nəzərdə tutulub. Qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan tələləbələrə yataqxana ödənişsizdir. Burada tibb məntəqəsi, komendant, yataqxana özünüidarəetmə komissiyası, tələbə şurası üçün də ayrıca otaqlar var. Xarici tələbələr 100, yerli tələbələr 30 manat ödəməklə burada qalır. Xidmətə sadəcə otaqlar daxildir. 

Azərbaycan Dillər Universiteti: Universitetin Tələbə Həmkarlar İttifaqının sədri Şahin Sərdarlı saytımıza bildirib ki, ADU-da oğlan və qızlar üçün iki ayrı yataqxana mövcuddur. Oğlanların yataqxanasında və qızlar üçün yataqxananın iki blokunda qaçqınlar və məcburi köçkünlər məskunlaşıb. Qalan tam təmirli iki blokda isə 200 qız tələbənin qalması üçün bütün imkanlar var. Yataqxanadakı mənzillər 2-3 otaqlıdır. Hər otaqda 2-4 və 4 nəfər qalır. Burada qalmaq bir tələbə üçün 76 manata başa gəlir, amma tələbələr 20 manat ödəyir. Qalan 56 manatı universitet öz üzərinə götürüb.

Yataqxana biznesi

Avropa ölkələrinin çoxunda tələbə yataqxanalarına biznes fəaliyyəti kimi də baxılır. Sahibkarlar yataqxana tikir və ucuz qiymətə tələbələrə kirayəyə verir. Bəzən də tələbələrin yataqxana təminatını yaxşılaşdırmaq üçün hökumət yataqxana biznesi ilə məşğul olmaq istəyən sahibkarlarla çalışır. 

Türkiyədə iki cür yataqxana mövcuddur:

Dövlətə bağlı Kredit və Yataqxanalar Təşkilatının yataqxanaları;

Universitetə aid özəl yataqxanalar.

Bu yataqxanalar tələbəni yemək-içmək və kitabxana kimi imkanlarla tam təmin edir. Müxtəlif ölkələrdən Türkiyə “Təqaüd Proqramı”nı qazanan tələbələr əsasən həmin yataqxanalardan faydalanır. Türkiyədə universitetə daxil oldunuzsa, təhsil aldığınız universitetlərin də öz yataqxanaları var. 

Rusiya – Bu ölkədə mövcud qanunvericiliyə görə otaqda hər tələbəyə 6 kv metr yer ayrılır, bəzən isə bu sahəyə 2 və ya 4 tələbə yerləşdirilə bilər. Yataqxanalar ali məktəbin binasında və tələbə şəhərciyində fəaliyyət göstərir. Moskva Dövlət Universitetində yataxana üçün dövlət hesabına oxuyan tələbələrdən 120 rubl (4 manat), ödənişli əsaslarla oxuyanlardan 4-6 min rubl  (100-150 manat) tələb olunur. Bütün hallarda isə ali məktəblərin rəhbərliyi dövlət hesabına oxuyan tələbələrdən təqaüdünün 5%-dən çox ödənişini tələb edə bilməz. 

Müqaisə:  Qanunla Azərbaycanda yerləşən yataqxanalarda da hər tələbə üçün 6 kvadrat metr nəzərdə tutulub. Yataqxana elektrik, isti-soyuq su, mebel və inventarlarla təmin edilməlidir. Tələbə yataqxananın ərazisində olan kitabxana, idman meydançası və yeməkxanadan da istifadə edə bilər. 

Bakıda isə bəzi QHT-lərin və qurumların tələbələrə ödənişlə verdiyi yataqxana xidmətlərini nəzərə almasaq, tələbələr üçün nəzərdə tutulan özəl yataqxana biznesi yoxdur. Tələbə yataqxanalarının olmaması isə xüsusilə sentyabr ayının əvəllərindən başlayaraq şəhərdə kirayə mənzil biznesinə təsir edir.

Təhsil eksperti Kamran Əsədov da vəziyyəti təstiqləyir: “Xüsusilə rayondan gələn tələbələr yataqxana ilə təmin olunmadıqları üçün kirayədə yaşamalıdır ki, bunun üçün də azı 250-300 manat aylıq vəsait lazımdır. Belə olduğu halda təhsil almaqdan imtina edənlər də az olmur. Bir qrup insanların illərlə çəkdiyi zəhmət hədər gedir”. 

Yataqxananın olmaması sadəcə yerli tələbələr üçün problem yaratmır

Tələbə yataqxanası təmirli və təhlükəsizlik sistemi ilə təchiz edilməsi, tələbənin yaxşı yaşamasınını təmin edəcək şərtlərin yaradılması vacibdir. Bir sözlə, yataqxanada zəruri ehtiyyacları qarşılayan şəraitlə yanaşı idman və oxu zalları, yeməkxana və geniş bağça  mütləq olmalıdır. Yataqxananın ümumiyyətlə olmaması isə, ekspertlərin fikrincə sadəcə yerli tələbələr üçün problem yaratmır, həm də beynəlxalq dəyərləndirmələrdə ölkənin və universitetin reytinqini aşağa salır.  Bu da xarici tələbələrin sayının azalmasına səbəb olur. Çünki ölkəmizdə təhsil almaq istəyən xarici vətəndaşlar harda və hansı şəraitdə yaşayacaqları ilə öncədən maraqlanırlar.

Bakıda yerləşən universitetlərin yataqxana xidmətləri və qiymətlər:

Universit

Ərazisi

Tələbə sayı

Oxu zalı

İdman zalı

Yeməkxana

Qiymət

Az Dövlət Dəniz Akademiyası

3491,4

311

Var

Var

Var

Ödənişsiz

Bakı Dövlət Universiteti

Yoxdu

Yoxdu

Yoxdu

Ödənişsiz

Bakı Slavyan Universiteti

18-22 m²

70

Yoxdu

Var

Var

30-100 azn

Azərbaycan Dillər Universiteti

200

Var

Yoxdu

Yoxdu

20 azn

Lomonosov adına MDU

100

Yoxdu

Var

Var

Ödənişsiz

Azərbaycan Texniki Universiteti

80

Yoxdu

Yoxdu

Yoxdu

Ödənişsiz

Az Memarlıq və İnşaat Universiteti

252

Yoxdu

Yoxdu

Yoxdu

20 azn

Bakı Ali Neft Məktəbi

Var

Var

Var

Milli Aviasiya Akademiyası

66

Var

Var

Var

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

800

Ödənişli

Ramilə QARDAŞXANQIZI

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
128 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Türkiyə təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır Azərbaycan Türkiyənin İstanbul şəhərindəki nəqliyyat idarəetmə təcrübəsini Bakıda tətbiq etmək istəyir. Bu məqsədlə Bakı Nəqliyyat Agentlyinin rəsmiləri bu meqapolisdəki nəqliyyat idarəetməsi ilə yerində tanış olublar. İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarəetmə Mərkəzində keçirilən görüşdə ictimai nəqliyyatın idarə olunması prosesi haqqında məlumat verilib. Görüş zamanı ictimai nəqliyyatda sərnişinləri...
İdman
Tamaşaçılar da hərəkətləri təkrar edib Bakıda Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edir. Estafetə 9 komanda - “Şahdağ”, “Odlar yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və B...
İdman
Çempionatda 8 komanda iştirak edir Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib.  BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq çempionatın ilk matçı da baş tutub.  Abşeron Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ”la “Sumqayıt” üz-üzə gəlib. “Gənclik şəhəri”nin təmsilçisi bu matçdan son dəqiqələrdə vurulan 1 qolla qalib gəlib.  Çempionatın növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək. 4 ko...
Cəmiyyət
Qırmızı Qəsəbədəki qəbiristanlıqda torpağa tapşırılacaq Bakıda vəfat edən deputat Yevda Abramov bu gün dəfn olunmayacaq. BakuCity.az-ın məlumatına görə, mərhum deputatın qızı Bəsti Yusifova Report-a bildirib ki, dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması onların adət-ənənəsinə uyğun deyil: "Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək". Beləliklə, Y.Abramovla vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Q...
Cəmiyyət
Gələn ildən yüklərin Çinə nəqli nəzərdə tutulub Qədim İpək Yolunun başlandığı Sian şəhərində ənənəvi “Silk Road Business Summit” işinə başlayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanınından BakuCity.az-a verilən məlumata görə, çoxlu sayda dövlət və özəl şirkət rəhbərləri, “Bir Kəmər, Bir Yol” layihəsi üzərində fəaliyyət göstərən qurumların iştirak etdiyi tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edərək bildirib ki, 21-ci əsrin bütün texniki s...
Cəmiyyət
Tbilisi sakinləridirlər 2019-cu il noyabrın 2-də Bakı bulvarı boyunca guya erməni milliyətindən olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışıb qeyri-etik ifadələr işlətmələri ilə bağlı video yayılmışdı. BakuCity.az İTV-yə istinadən xəbər verir ki, "Ermənilər Bakıda" başlıqlı bu görüntü müəyyən müzakirələrə səbəb olmuşdu. Jurnalist araşdırması nəticəsində bəlli olub ki, həmin şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Tbilisi sak...
Hadisələr
Avtomobillərə ciddi ziyan dəyib Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əhməd Rəcəbli küçəsində qeydə alınıb. BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, Qənbərov Seyfəddin Kərəməli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən qəzaya səbəb olub. Belə ki, arxada hərəkət...
Cəmiyyət
Qatarlar yeni cədvəl üzrə hərəkət edəcək Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, B...
Ekologiya
Mülayim külək əsəcək İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatu...