Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə və jurnalistlərə müraciət edib
Bakucity.az xəbər verir ki, müraciətdə qeyd olunub ki, paytaxtda hərəkət iştirakçılarının - sürücülərin, piyadaların həyatına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətləri edənlərlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər davam etdirilir:
"Bu istiqamətdə işin səmərəli olması üçün paytaxt yollarında rastlaşdığınız ictimai təhlükəli əməllərlə bağlı polisi məlumatlandırmağı tövsiyə edirik. İctimai qaydanın etibarlı qorunması hər birimizin vəzifəsidir".
Bakucity.az