Bakıda sərxoş sürücü yol polisinə çətin anlar yaşatdı - VİDEO

Bakıda sərxoş sürücü yol polisinə çətin anlar yaşatdı - VİDEO, Oral Aliyev

Ötən gecə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi reyd keçirib

Bakucity.az xəbər verir ki, reyd zamanı Nərimanov rayonu ərazisində sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü aşkarlanıb.

Ağır dərəcədə sərxoş olan sürücü yol polisinə çətin anlar yaşadıb. Belə ki, tabesizlik göstərərək uzun müddət tibbi müayinəyə getməkdən imtina edib. Həmçinin YPX avtomobilə oturan zaman yol polisinə müqavimət göstərib. Bütün bunların fonunda yol polisləri sürücü ilə səbrlə davranıb. Sonda sürücü tibbi müayinədən keçirilib. 

Faktla bağlı araşdırma başlanılıb. (Avtosfer.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər