Bakıda qadını bıçaqlayan şəxs yaxalandı

Bakıda qadını bıçaqlayan şəxs yaxalandı, Oral Aliyev

Hazırda cinayətin motivləri araşdırılır

Bakucity.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində paytaxtda qadına ağır xəsarət yetirən şəxs saxlanılıb.

Cinayət avqustun 28-də, saat 14:10 radələrində, Mir Cəlal küçəsində, 56 nömrəli binanın qarşısında törədilib.  

Belə ki, 1980-cı il təvəllüdlü Məmmədova Günay Azad qızına qarın nahiyəsindən deşici bıçaq xəsarəti yetirilib. Zərərçəkən şəxs Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt üzrə Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Cavanşir Quli oğlu saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, o, RF Cinayət məcəlləsinin 242-ci maddəsinə (Pornoqrafik materialların qanunsuz istehsal və dövriyyəsi, onların yayılması) müvafiq olaraq məhkum edilib. 

Sağlamlığa ağır xəsarət yetirilməsi faktı üzrə AR Cinayət Məcəlləsinin 126-cı maddəsinə müvafiq olaraq cinayət işi açılıb. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər