Bu ay Bakıda neçə cinayət hadisəsi qeydə alınıb?

Bu ay Bakıda neçə cinayət hadisəsi qeydə alınıb?

Qəsdən adam öldürmə ilə bağlı heç bir fakt qeydə alınmayıb

Bakucity.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından paytaxtda kriminal vəziyyəti əks etdirən statistik məlumatlar əldə edilib.

Göstərilən dövr ərzində adam öldürməyə cəhdlə bağlı yalnız bir hadisə qeydə alınıb. Həmin cinayətin üstü açılıb. Hesabat dövründə sağlamlığa ağır zərər vurma üzrə 22 hadisə qeydə alınıb, onlardan 21-nin üstü açılıb.

Qeyd edək ki, avqustun əvvəlindən bəri 14 quldur basqını (onlardan 13-nün üstü açılıb), 11 qarət (doqquzunun üstü açılıb), təhdid və şantaj yolu ilə pul tələb etmə ilə bağlı iki hadisə (birinin üstü açılıb) və bir insan oğurluğu (Binəqədi rayonunda azyaşlı qardaş və bacının qadın tərəfindən oğurlanması - üstü açılıb) baş verib.

Say baxımından xırda mülkiyyət cinayətləri (o cümlədən, şəxsi əmlakın oğurlanması) və xuliqanlıq qeydə alınmış faktlar siyahısında lider mövqeləri tuturlar.

Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 82 cinayət qeydə alınıb. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər