Biletlərin qiyməti 2 manatdan 20 manatadəkdir
Bakucity.az xəbər verir ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək Azərbaycan - Xorvatiya oyununun biletləri satışa çıxarılıb.
“Bakcell Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Xatırladaq ki, seçmə mərhələdə E qrupunda mübarizə aparan millimiz üç oyundan xalsız qalaraq sonuncu yerdədir.
Bakucity.az