Bakıda ağır qəzadan sonra ana uşaqlarını belə xilas etdi - VİDEO

Bakıda ağır qəzadan sonra ana uşaqlarını belə xilas etdi - VİDEO

Paytaxtda baş verən dəhşətli qəza kameralara düşüb

Bakucity.az xəbər verir ki, Heydər Əliyev prospektində, Bakı Nəqliyyat Agentliyinin yaxınlığında hərəkətdə olan "Audi" markalı avtomobilin sürücüsü  qəfildən idarəetməni itirir və maşın işıq dirəyinə çırpılaraq onu aşırdır. Sükan arxasında əyləşən xanım avtomobilin qapısını aça bilməyib. 

Bu zaman cəmi bir neçə saniyə ərzində avtomobilin ön sərnişin oturan şüşəsindən çıxan sürücü xanım arxa qapıları açaraq iki azyaşlı uşağı maşından çıxardır. Ardınca yerə düşmüş telefonunu götürərək tez avtomobilin yanından uzaqlaşır.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər