Bununla bağlı müzakirə aparılır
Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində tramvay nəqliyyatının bərpa olunması məsələsini nəzərdən keçirir.
Komitə sədrinin müşaviri Rüfət Mahmud bildirib ki, tramvay nəqliyyatının nə zaman bərpa olunacağı barədə nə isə demək hələ tezdir:
"Təbii ki, bu məsələ baxılmaqdadır. Şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir", - deyə R. Mahmud qeyd edib. (APA)
Bakucity.az