Bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə bitib.
Paytaxtın Suraxanı rayonunda kütləvi dava qeydə alınıb.
Bakucity.az xəbər verir ki, Hövsan qəsəbəsində bir neçə dost arasında yaranan mübahisə sonradan kütləvi davaya çevrilib.
İnsident zamanı 2000-ci il təvəllüdlü Nəbili Nail Azər oğlu bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən yaralıya qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Kütləvi davanın səbəbləri hələlik açıqlanmır.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)
Bakucity.az