Bakı bulvarında istirahət neçəyə başa gələcək? – QİYMƏTLƏR

Avropanın ikinci ən böyük bulvarında ailəvi istirahət üçün hər cür şərait yaradılıb

Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istirahət üçün ən çox üz tutduğu məkanlardan biri daha çox Bakı Bulvarı adı ilə tanınan Dənizkənarı Milli Parkdır. Bulvarda istirahət edənlərin əksəriyyəti burada süni qiymət artımından şikayətlənir. Maraqlıdır, hazırda bulvar ərazisindən dəniz gəzintisinə çıxmaq neçəyədir? Attraksionların qiymətində bahalaşma müşahidə olunurmu? İstirahətə gələnlər parkda yerləşən restoranlarda nahar və ya şam etmək üçün nə qədər pul xərcləməlidir? 

Bakucity.az bu və digər suallara aydınlıq gətirmək üçün araşdırma aparıb.

Bu qiymətlərlə bulvarda hər kəs gəmi gəzintisinə çıxa bilər

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızının verdiyi məlumata görə, Bulvarda sərnişinlərə iki gəzinti gəmisi xidmət göstərir – “Mirvari” və “Şəfəq”. 

“Mirvari” gəmisinin tutumu 446 nəfərdir. Bu gəmidə gəzinti 5 yaşına qədər uşaqlar üçün pulsuz, 5 yaşdan yuxarı 3 manat, böyüklər üçün sadə salonda 3 manat, VİP salonda isə 10 manatdır. 

“Şəfəq” gəmisinin tutumu 60 nəfərdir. Burada da 5 yaşına qədər uşaqlar üçün gəzinti pulsuz, 5 yaşdan yuxarı isə 5 manatdır:

“Dəniz gəzintilərində əsasən “Mirvari” gəmisindən istifadə olunur. Gəmi gün ərzində orta hesabla 6-7 səfər edir. Yay vaxtı sərnişinlərin tələbatına uyğun olaraq gəmi gəzintiləri təxminən saat 16:00-dan gecə yarısına qədər davam edir. Qışda isə saat 12:00-13.00 radələrindən axşam 20:00-a qədərdir”, - deyə G.Yelmarqızı bildirib. 

Gəmi gəzintilərinin bütün fəsillərdə təşkil olunduğunu vurğulayan G.Yelmarqızı qeyd edib ki, yay aylarında qrafik daha sıx olur: 

“Ümumiyyətlə tələbatdan asılı olaraq gəzintilər gün ərzində ən azı beş, ən çoxu isə 11-12 təşkil olunur. Ancaq gəminin gəzintiyə çıxması hava şəraitindən asılıdır. Yalnız hava şəraiti imkan verdiyi halda gəmi dənizə çıxa bilər”.

Bulvar ərazisindəki attraksionların qiymətinə gəlincə, mətbuat xidmətinin rəhbəri bildirib ki, bu yaş qrupundan asılı olaraq 1-5 manat arasında dəyişir.

Bulvarda istənilən restoranda nahar və ya şam edə bilərsiniz

Təqdim etdiyimiz cədvəllərdə Bulvar ərazisində yerləşən restoranlarda təklif olunan ən bahalı menyuların qiyməti yer alıb:

“Baku Castle Restorant”

Yaşıllıqla əhatələnmiş restoranda nahar və şam yeməyi üçün milli və avropa mətbəxindən geniş menyu seçimi təqdim edilir. 

Qiymət cədvəli:

Salatlar

Milli mətbəx

Avropa mətbəxi

Balıq yeməkləri

Soyuq və isti qəlyanaltılar

İçkilər - 0,75BTL

Baku castle (250 qr) 12 AZN

Qarışıq sac (800 qr) 35 AZN

“Steyk” (qarnir ilə 350 qr) 25 AZN

Nərə balığı (150 qr) 30 AZN

Ət assortisi” (280 qr) 15 AZN

Qırmızı şərab - 38 AZN

Avokadolu qızıl balıq(280 qr) 14 AZN

“Nərə balığından sac” (500 qr) 50 AZN

“Bibay steyk” (qarnir ilə 450 qr) 35 AZN

“Nərə balığı sobada” (400 qr) 130 AZN

Balıq assortisi” (180 qr) 25 AZN

Ağ və çəhrayı şərab - 32 AZN

Tel: (+992 50) 395 55 22

“Sahil Bar & Restaurant”

Bura Dənizkənarı Parkda yerləşən milli mətbəx restoranı kimi də tanınır. Modern üslubda bəzədilmiş iki zalı və iki yay terrası var.

Qiymət cədvəli:

Salatlar

Əsas yeməklər

Kabablar

Sac yeməkləri (2 paylıq)

Təndir

İçkilər

“Təmli tuna”, “Toyuq”, “Karvan” və s. -9 AZN

“Narlı balıq” və “Balıq sırdağı”  40 AZN

“Xəzər dana əti kababı” - 23 AZN

“Mal əti” - 30 AZN

“Ləziz quzu səbəti” – 55/110 AZN

Konyak - ”Hennessy paradis” (40 ml) 200 AZN

“Zərif ət salatı” – 14 AZN

“Qızardılmış kütüm” – 25 AZN

“Balıq kababı” 40 AZN

“Xəzər dənizi nərə balığı” - 40 AZN

“Ənənəvi nərə balığı ləvəngisi” – 250 AZN

“Çay dəstgahı” 30 AZN

Tel: (+994 50) 285 00 22

“KITCHENETTE”

Restoran yenilənmiş menyu ilə qonaqlarına təzə salatlardan tutmuş bankalardakı “ravioli” və ləzzətli çərəzlərə qədər bir çox yeni məhsul da təqdim edir.

Qiymət cədvəli:

Salatlar

Şorbalar

Əsas yeməklər

İçkilər - 0,75BTL

“Qızardılmış qızıl balıq” – 28 AZN

“Qızardılmış pomidor şorbası” – 7 AZN

“Qızardılmış qızıl balıq” – 33 AZN

Qırmızı şərab – 57/73 AZN

“Dəniz məhsulları salatı” – 28 azn

“Dəniz məhsullarından şorba” – 17 azn

“Cafe de paris” – 34 azn

Ağ şərab – 73/89 AZN

Tel: (+994 12) 598 74 24

“Abşeron Cafe & Lounge”

Restoranda geniş şərab seçiminə əlavə olaraq müxtəlif isti yeməklər, salatlar, qəlyanaltılar, spirtli və spirtsiz kokteyllər, pivələr və bir çox məzələr verilir. 

Qiymət cədvəli:

Salatlar

İsti yeməklər

İçkilər (700 ml)

İsti içkilər

Desertlər

Qəlyan

“Toyuq salatı” 8 AZN

“Quzu antrekotu” 10 AZN

“Chivas Regal 12” 63 AZN

“Espresso” və “Latte” 5 AZN

“Dondurmalı irmik halvası” 5 AZN

Qreypfrut - 20 AZN

“Ət salatı” 10 AZN

“Toyuq tabaka” 12 AZN

“Chivas Regal 18” 126 AZN

“Samovar çayı” 8 AZN

“Meyvə seti” 10 AZN

Ananas -30 AZN

Tel: (+994 50) 430 00 23

Dənizkənarı bulvar  1998-ci ildən  Milli park statusunu daşıyır

Bakı bulvarı ərazisinin böyüklüyünə görə Parisdə “Sena” çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Bu il 110 yaşını qeyd edən bulvar ərazisinin forması  dəfələrlə dəyişib - müxtəlif tikinti işləri aparılıb, ərazisi böyüdülüb. Hazırda uzunluğu  16 kilometr olan milli parkın ərazisi köhnə bulvar, yeni bulvar və  ağ şəhər bulvarı olmaqla üç hissəyə ayrılıb. 

Burada “Beynəlxalq Muğam Mərkəzi”, “Bakı İdman Sarayı”, “Bakı Kristal Zalı”, “Şeytan çarxı”, “Kiçik Venesiya şəhərciyi” və “Daş salnamə” muzeyi kimi müxtəlif tanınmış əyləncə, ticarət, mədəniyyət və idman mərkəzləri fəaliyyət göstərir. 

Gələcəkdə bulvar ərazisinin 25 kilometrə çatdırılması nəzərdə tutulur.

Ramilə QARDAŞXANQIZI

Bakucity.az

Bakı bulvar qiymətlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məqsəd yaşı 60-dan yuxarı olan pensiyaçılara kömək etməkdir Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur. BakuCity.az "Azadlıq" radiosuna istinadən məlumat verir ki, mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır. Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya...
Cəmiyyət
Həmin şəxsin vəziyyəti qənaətbəxşdir Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma h...
Cəmiyyət
Sərnişinlər təxliyə olunur Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb: "Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" -...
Cəmiyyət
Problem aradan qaldırılır Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür. Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb. Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,...
Cəmiyyət
"İnsan həmişə nəyəsə səy göstərməlidir" “Öz hekayəni danış” rubrikası çərçivəsində BakuCity.az saytının bugünkü qonağı “High Boost” restoranının baş aşpazı Rüfət Əliyarovdır. - Kulinariya sahəsində təhsiliniz barədə ətraflı danışmağınızı istərdik. Bildiyimizə görə, əvvəlcə tamamilə başqa işlə məşğul olmaq istəmisiniz.  - Düzünü desəm, diplomat olmaq arzusunda idim. Bu mənim təbiətimdə var: psixologiyanı uzun müddət araşdırmışam, insanlarla necə ünsiyyət qu...
Hakimiyyət
Sərəncam imzalandığı gündən qüvvəyə minir Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar: general-leytenant Cəbrayılov Asif Mikayıl oğlugeneral-leytenan...
Ekologiya
Səhər zəif duman olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 28-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer t...
Cəmiyyət
Onunla təmasda olan əməkdaşlar da müşahidə altına alınıb İrandan gəlib Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən həmin ölkənin vətəndaşı fevralın 25-i saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxil olmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Dövlət Gömrük Komitəsindən BakuCity.az-a...
Cəmiyyət
Reyslər martın 14-dən həyata keçiriləcək  "Türk Hava Yolları" Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb. BakuCity.az-ın məlumatına görə, bu barədə aviaşirkətin İdarə Heyətinin sədri İlker Aycı deyib. O bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar bir sıra reyslər təxirə salınıb, məsələn, Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, "Türk Hava Yol...