Sərnişin özünü pis hiss edib.
Bakı-Moskva aviareysi ilə uçan təyyarə şənbə günü, avqustun 31-də, Rusiyanın Volqoqrad şəhərində təcili eniş edib.
Bakucity.az xəbər verir ki, insidentə səbəb sərnişinlərdən birinin özünü pis hiss etməsi olub.
Təyyarə eniş etdikdən sonra 1963-cü il təvəllüdlü sərnişin xəstəxanaya yerləşdirilib. Hazırda təyyarə hələ də Volqoqrad hava limanındadır və uçuşu gözləyir.
Bundan əlavə Qroznı-Moskva və Krasnoyarsk-Simferopol reysləri üzrə uçan təyyarələr də Volqoqradda təcili eniş ediblər. (RİA Novosti)
Bakucity.az