Bakıda taksi sürücüsünə hücum edib pulunu aldılar

Bakıda taksi sürücüsünə hücum edib pulunu aldılar, Seymur

Naməlum şəxslər sürücünün pulunu quldurluq yolu ilə ələ keçiriblər.

Avqustun 27-də paytaxtın Binəqədi rayonunda naməlum şəxslər taksi sürücüsünə hücum ediblər.

Bakucity.az-ın məlumatına görə, səhər saatlarında Qəhrəmanov Telman İbad oğlunun idarə etdiyi “KIA Forte” markalı minik avtomobilinə bir qrup şəxs əyləşib.

Naməlum şəxslər silah qismində istifadə etdikləri əşyanı sürücünün bel nahiyəsinə dirəməklə onun 278 manatını quldurluq yolu ilə ələ keçiriblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. (Report)

Bakucity.az

Bakı taksi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər