Bakı sakinləri ödənişli xidmətlərə nə qədər pul xərcləyiblər? - RƏQƏMLƏR

Bakı sakinləri ödənişli xidmətlərə nə qədər pul xərcləyiblər? - RƏQƏMLƏR, Seymur

Cari ilin ilk yeddi ayının hesabatı açıqlandı.

2019-cu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard 930,6 milyon manat təşkil edib. 

Bakucity.az-ın məlumatına görə, bu göstərici, 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz çoxdur.

Ümumilikdə bu rəqəmin 79,2 faizini hüquqi şəxslər tərəfindən göstərilən xidmət təşkil edib - 2 milyard 319,9 milyon manat.

Cari ilin yeddi ayında iaşə dövriyyəsi 571,3 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm real ifadədə 4,9 faiz artıb.

Dövriyyənin 45,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyul aylarına nisbətən 1,7 faiz azalaraq 257,1 milyon manat təşkil edib. (Trend)

Bakucity.az

Bakı ödənişli
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər